AZ

“Neftçi” İdman Klubunun təmsilçiləri “Bakı Marafonu-2026″da iştirak etdi - FOTOLAR

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2026″ya yekun vurulub. “Küləyə qalib gəl” şüarı ilə keçirilən yarışa 25 min iştirakçı qatılıb.

Sportinfo.az xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə təmsilçiləri də yarışıblar.

Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı Vitali Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

“Neftçi” İdman Klubu da böyük heyətlə marafona qatılıb. Təmsilçilərdən Xədicə Eyvazova, Vəfa Abdullayeva, Leyli Əliyeva, Elvin Astanov, İmran Qarayev və Vladislav Kalmıkov 21 km məsafəyə qaçıblar. Səma İbrahimova, Sahil Məmmədov, Nərmin Hüseynli və Rübabə Hacızadə isə 42 km məsafəni tam qət edərək finişə çatıblar.

Sayca doqquzuncu dəfə keçirilən “Bakı Marafonu” ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunub. Yarış Dövlət Bayrağı Meydanından start götürüb və iştirakçılar müəyyən edilmiş marşrut üzrə “Sea Breeze” ərazisində finiş xəttinə çatıblar.










Seçilən
60
sportinfo.az

1Mənbələr