Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 4 may, AZƏRTAC
Vasitəçilər vasitəsilə ABŞ-yə çatdırılan İranın təklifləri Tehranın uran zənginləşdirmə proqramını 15 il müddətinə dayandırmaq öhdəliyini əhatə etmir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, “İranın əks-təklifi tərəflər arasında yekun razılaşma əldə olunana qədər uran zənginləşdirilməsinin 15 illik dayandırılmasını və ya Hörmüz boğazının açılmasını nəzərdə tutmur”.
“Fars”ın qeyd etdiyi kimi, Tehranın 14 bəndlik təklifi ABŞ-nin doqquz bənddən ibarət təşəbbüsünə cavab olaraq təqdim edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.