AZ

ABŞ İranla danışıqları davam etdirir

ABŞ İranla münaqişənin sülh yolu ilə həlli məsələsində əlaqələrini davam etdirir.

"Report"un məlumatına görə, bu barədə ABŞ Prezidentinin elçisi Stiv Uitkoff CNN-də açıqlama verib.

Danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı sualı cavablandıran siyasətçi, tərəflər arasında dialoqun davam etdiyini qeyd edib.

"Biz əlaqə saxlayırıq", - deyə Uitkoff bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl İsrailin "Kan" televiziya və radio şirkətinə verdiyi müsahibədə Tehranın sülh razılaşması ilə bağlı yeni təklifinin Vaşinqton üçün qəbuledilməz olduğunu bildirib.

Seçilən
65
far.az

1Mənbələr