AZ

Peterburqda ŞOK HADİSƏ: 5 torbaya yığılan parçalanmış cəsəd TAPILDI – FOTO

Peterburq yaxınlığında beş torbada kişiyə məxsus doğranmış cəsəd tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Sankt-Peterburq yaxınlığındakı Vsevoloj rayonunda dəhşətli qətl hadisəsi aşkar edilib. Sverdlov adına qəsəbə ilə Myaqlovo karyeri arasında yerləşən su arxında içərisində insan cəsədinin hissələri olan beş polietilen torba tapılıb.

Hadisə yoldan keçən velosipedçilərin diqqətini çəkib. Onlar çubuqla torbaları yoxlayarkən, cırılan torbanın içindən kişiyə məxsus böyük bir əl aşkar ediblər.

İlkin məlumata görə, qalıqlar bir neçə qat sarınaraq torbalara yerləşdirilib və basdırılıb. Ehtimal edilir ki, torbalar heyvanlar tərəfindən parçalanıb.

Faktla bağlı cinayət işi başlanılıb, hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
52
interpress.az

1Mənbələr