AZ

Sürüyə girən turistə çoban itinin ani hücumu – Video

Dağıstanda qeyri-adi hadisə baş verib.

Musavat.com xəbər verir ki, turist qadın sürüyə yaxınlaşaraq qoyunu sığallamaq istəyərkən gözlənilməz hadisə ilə üzləşib.

Məlumata görə, qadın birbaşa sürünün içinə girərək qoyunlardan birini tutub. Bu zaman sürünü qoruyan çoban iti dərhal reaksiya verib və turistə hücum edib. Nəticədə qadın arxa nahiyəsindən dişlənib.

Zərərçəkənə ilkin tibbi yardım göstərilib. Hazırda onun quduzluğa qarşı peyvənd kursu aldığı bildirilir.

 

Musavat.com

Seçilən
15
21
musavat.com

10Mənbələr