ABŞ Konqresi Trampı İrana qarşı hərbi əməliyyatları davam etdirmək hüququndan məhrum etmək istəyir.
İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
ABŞ Konqresi Konqresin təsdiqi olmadan hərbi əməliyyatlara icazə verən iki aylıq müddətin başa çatması ilə Donald Trampın İranla müharibə üzərindəki səlahiyyətlərini məhdudlaşdırmağa hazırlaşır.
Qanunvericilər təşəbbüsü ələ alaraq, ictimaiyyət tərəfindən dəstəklənməyən bu münaqişədən çıxış strategiyası hazırlamaq niyyətindədirlər.
Senatda demokrat azlığın lideri Çak Şumer mövzu ilə bağlı kəskin bəyanat verib:
“Bu, absurddur. Bu qeyri-qanuni müharibədir və respublikaçıların buna şərik çıxıb davam etməsinə icazə verdiyi hər gün insanların həyatı təhlükə altına atılır, xaos artır və qiymətlər yüksəlir, bunun əvəzini isə amerikalılar ödəyir”.
Hazırda atəşkəs şəraitində İran ABŞ-yə sülhün nizamlanması ilə bağlı öz təkliflərini təqdim edib.
Trampa qarşı həm amerikalı siyasətçilər, həm də Tehran tərəfindən təzyiqlərin gücləndiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az