İtaliya A Seriyasının 35-ci turunda "İnter" "Parma"nı qəbul edib.
AzNews.az xəbər verir ki, Milandakı "Cüzeppe Meatsa" stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 45+1-ci dəqiqədə Markus Tyuram açıb. 80-ci dəqiqədə Henrix Mxitaryan fərqi artırıb.
Bu qələbə sayəsində "İnter" İtaliya çempionu adını rəsmiləşdirib. Komanda 35 oyundan sonra 82 xalla turnir cədvəlinin lideridir və ikinci yerdə gedən "Napoli"ni 12 xal qabaqlayır.