AZ

Tufan zamanı QORXULU MƏNZƏRƏ: Məscidin minarəsi ÇÖKDÜ – VİDEO

Şanlıurfada tufan zamanı məscidin minarəsi uçub.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin Şanlıurfa şəhərində güclü tufan nəticəsində təhlükəli anlar yaşanıb. Təbiət hadisəsi zamanı şəhərdəki məscidlərdən birinin minarəsi uçaraq yerə dağılıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı və maddi ziyanın miqdarı dəqiqləşdirilir.

Əraziyə təhlükəsizlik qüvvələri və aidiyyəti qurumlar cəlb edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
52
interpress.az

1Mənbələr