AZ

Keniyada daşqınlar və torpaq sürüşmələri 18 nəfər ölümünə səbəb olub

Keniyada şiddətli yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Milli Polis Xidməti bildirib.

Qeyd olunub ki, Keniyanın mərkəzi və şərqində yerləşən Taraka-Niti, Elgeyo-Marakvet və Kiambu vilayətlərində torpaq sürüşmələri qeydə alınıb. Təbii fəlakətlər uzun müddət davam edən güclü yağışlar fonunda baş verib.

Polis mövcud vəziyyətin əhali üçün ciddi təhlükə yaratdığını vurğulayıb. Leysan yağışlar artıq infrastruktura ziyan vurub və bir çox sakini evlərini tərk etməyə məcbur edib.

Mart-may ayları arasında davam edən və hazırda pik həddə çatan yağış mövsümü Keniyada davam edir.

Seçilən
15
2
ikisahil.az

3Mənbələr