AZ

“Barselona” daha bir mövsüm saxlaya bilər - İcarəyə götürdüyü hücumçunu

Hazırda “Barselona”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in hücumçusu Markus Reşford bu mövsümdən sonra da Kataloniya klubunda qala bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Reşfordun “Barselona”da qalacağı hələlik razılaşdırılmayıb.

Lakin Kataloniya klubu hələ də forvardı ən azı bir il komandada saxlamaq istəyir və onun icarə müddətini uzatmağı planlaşdırır.

Bu variantın “qırmızı şeytanlar” üçün məqbul olub-olmadığı hələlik məlum deyil.

“Barselona” ingiltərəli futbolçunu mövsümün sonuna qədər “Mançester Yunayted”dən icarəyə götürüb.

Seçilən
25
sportinfo.az

1Mənbələr