AZ

“Pul yoxdur, bizdən xahiş ediblər ki, mövsümü birtəhər başa vuraq”

II Liqada çıxış edən «Şəki Siti» 6 aydır hazırlıq keçmir.

Bu barədə saytımıza komanda üzvləri məlumat verib.

Onların bildirdiyinə görə, heyət yalnız oyun günü bir yer yığışır və meydana çıxır.

Sponsor olmadığından, vəziyyət kritikdir və futbolçulara hər həftə yalnız 40-50 manat ödənilir:

«12-13 nəfər güclə yığılır. Pul yoxdur.

Bizdən xahiş ediblər ki, mövsümü birtəhər başa vuraq. Çünki komanda iki oyuna çıxmasa, çempionatdan kənarlaşdırılacaq.

Əvvəlki heyətdən iki-üç nəfər qalıb, digərləri aylardır oynamayan, kənarda qalan cavanlardır. Böyükhesablı məğlubiyyətlərin səbəbi budur.

Məşq yox, güc yox… Bizdən meydançaya çıxmaq istənilir, nəticə barədə düşünməyə nə həvəs var, nə də tələb.

Bəlkə gələn mövsüm nəsə oldu, başqa sponsor tapıldı. O da hələ bilinmir».

Keçmiş sponsorunu məhkəməyə vermiş «Şəki Siti» 24 tur ərzində 30 xal yığıb və turnir cədvəlinin yeddinci pilləsində məskunlaşıb.

SPORTİNFO.AZ

Seçilən
32
sportinfo.az

1Mənbələr