AZ

ABŞ İranın 14 maddəlik təklifinə CAVAB VERDİ

ABŞ, Vaşinqton və Tehran arasındakı danışıqlarda vasitəçi qismində çıxış edən Pakistana İranın müharibənin dayandırılması ilə bağlı 14 bəndlik təklifinə cavab göndərib.

Publika.az SNN telekanalına istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai məlumat verib.

Diplomat bildirib ki, ABŞ İranın 14 bəndlik təklifinə cavabını Pakistana təqdim edib və İran rəsmiləri hazırda həmin cavabı nəzərdən keçirirlər.

Xatırladaq ki, İran müharibənin nizamlanması üçün ABŞ-a 14 bənddən ibarət plan təqdim etmişdi. Tehranın əsas tələbləri arasında sanksiyaların ləğvi və aktivlərin dondurulmasının dayandırılması, təzminatların ödənilməsi, Amerika qoşunlarının çıxarılması və hücum etməməyə dair zəmanətlərin verilməsi yer alır.

Seçilən
3
10
publika.az

10Mənbələr