AZ

AYNA nın “parklanma tələsi”: Sürücüləri pusquya salırlar? FOTO KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti və tətbiq etdiyi parklanma qaydaları cəmiyyətdə ciddi narazılıq doğurmağa davam edir.”

Bu barədə “Ümid Partiyası”nın sədr müavini Tamilla Qulami məlumat verib. Onun sözlərinə görə, sözügedən qurumun qarşıya qoyduğu əsas hədəflər vətəndaşların rifahı ilə üst-üstə düşmür: “AYNA – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qarşısına məqsəd qoyub ki, ölkəni yerin dibinə batıracaq. Aprelin 29-da restoranlardan birinin qarşısında avtomobili park etmişəm. Öz əməkdaşları da orada dayanıb, bir kəlmə demir ki, burada parklanma stendləri qoymuşuq. Sanki bunlara göstəriş veriblər ki, ay sonunadək müəyyən cərimələr faizi olsun. Başqa məntiq tapa bilmirəm”.

Siyasətçi qeyd edib ki, agentliyin parklanma üçün seçdiyi üsullar sürücüləri məlumatlandırmaqdan daha çox pusqu qurmağa bənzəyir: “Restoranın qarşısı dekorativ ağaclardır və düz o ağacın özündən də nazik və az qala uşaq boyunda dirək qoyublar, kimsənin də ağlına gəlməz ki, orada parklanma nömrəsi olan stend var. Rəsmən elə ediblər ki, görən görsün, görməyən də cərimələnsin. Pusquda dayanan tülkü kimi həmən maşını çəkib, cərimələyiblər. Üstəlik, ödənişi ‘mygov’ vasitəsilə etsəm də, radar tətbiqində cərimə hələ də ödənilməmiş qalır. Birdəfəlik məqsədiniz nədirsə, deyin, biz də bilək, ona uyğun sizinlə mübarizə aparaq. Sizin bir qırmızı xəttiniz, dəyəriniz yoxdur? Nə istəyirsiz bu millətdən?”.

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
21
konkret.az

10Mənbələr