AZ

“Gəlinimi, uşağı burada maşın vurub” – Video

Xırdalanın Səttar Bəhlulzadə küçəsində iri yük avtomobillərinin yolun hər iki tərəfində park edilməsi sakinlərin ciddi narazılığına səbəb olub.

KONKRET.az xəbər verir ki, ərazidə yaşayan sakinlər və sürücülər bu vəziyyətin həm hərəkəti çətinləşdirdiyini, həm də piyadalar üçün böyük təhlükə yaratdığını bildirirlər.

Xüsusilə yaxınlıqda məktəbin yerləşməsi narahatlığı daha da artırır.

Sakinlərdən biri ərazidəki təhlükəli vəziyyəti belə təsvir edib:

“Gah, görürsən, boşdur, gah da görürsən ki, maşınlar dayanır. Küçə də darısqaldır. Bir neçə dəfə demişik, xahiş etmişik. Burada məktəb var, uşaqlar oynayır. Baxın, necə təhlükəli vəziyyət yaranıb. Gəlinimi, uşağı burada maşın vurub. Hələ də heç kim bu məsələyə diqqət ayırmayıb”.

“Elə gedib-gəlirlər ki, bilinmir. Dayanacaq ediblər buranı, yolu tutublar”, – digər sakin söyləyib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sözügedən ərazidə yol hərəkəti qaydalarını pozaraq parklanma həyata keçirən sürücülər barədə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Daha ətraflı “Baku TV”nin  reportajında:

Seçilən
15
50
konkret.az

10Mənbələr