AZ

Biləsuvarda qadın həyat yoldaşını bıçaqladı FOTO VİDEO

ain.az, Bizim media saytına istinadən bildirir.

Biləsuvar rayonunda ailədaxili münaqişə ağır hadisə ilə nəticələnib.Hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.İlkin məlumata görə, əslən Yardımlı rayonundan olan, 1970-ci il təvəllüdlü Balahəsən Ağahüseyn oğlu Ağayev bıçaq xəsarəti ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Yaralıya dərhal tibbi yardım göstərilib. Hazırda onun müalicəsi həkim nəzarəti altında davam etdirilir.İlkin iddialara əsasən, hadisə ailə münaqişəsi zəminində baş verib. Məlumata görə, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar istintaqdan sonra məlum olacaq.Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
32
bizim.media

10Mənbələr