AZ

Zidan Alonsodan sonra “Real”da niyə işləmək istəməyib?

“Real” 2025-ci ilin dekabrında komandanın sabiq baş məşqçisi Zinəddin Zidanla əlaqə saxlayıb.

Publika.az xəbər verir ki, Həmin dövrdə “kral klubu”na Xabi Alonso rəhbərlik edirdi və klub rəhbərliyi ispaniyalı mütəxəssislə yolları ayırmaq qərarına gəlmişdi. Lakin onun əvəzinə uyğun namizəd tapılmadığı üçün Alonso yanvarın əvvəlinə qədər işləməyə davam edib, daha sonra isə onu Alvaro Arbeloa əvəzləyib.

AS nəşrinin məlumatına görə, “Real” rəhbərliyi Zidanın üçüncü dəfə komandaya qayıtmasını istəyib. Ancaq 2025-ci ilin dekabrında fransalı mütəxəssis artıq Fransa millisinin baş məşqçisi olmaqla bağlı razılıq əldə etmişdi. Zidan bu təklifə müsbət yanaşsa da, Fransa yığması ilə əldə etdiyi razılaşmaya sadiq qalmağı üstün tutub.

Seçilən
1
13
publika.az

10Mənbələr