AZ

Rusiyadan QADAĞA: Ermənistan məhsulları satılmayacaq

Rusiyada Ermənistan istehsalı olan məhsulların onlayn satışının dayandırıldığı bildirilir.

 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın fransızdilli saytı “armenews.com” xəbər yayıb. Məlumata görə, qərar nəticəsində bu məhsulların internet üzərindən sifarişi və satış platformaları vasitəsilə əldə olunması artıq mümkün deyil.

Qeyd olunur ki, məhdudiyyət əsasən onlayn ticarət kanallarına aiddir, fiziki satış nöqtələrində isə Ermənistan məhsullarının satışının davam etdiyi bildirilir. Qərarın səbəbləri ilə bağlı rəsmi açıqlamalar tam dəqiqləşdirilməyib. Məsələ Rusiya və Ermənistan arasında ticarət münasibətləri fonunda diqqətlə izlənilir.

Aydın

Seçilən
1
22
bakivaxti.az

10Mənbələr