AZ

"Vilyarreal" klub tarixində ilkə imza atdı

"Vilyarreal" klub tarixində ilk dəfə ardıcıl iki mövsüm UEFA Çempionlar Liqasında iştirak edəcək.

Ölkə.az xəbər verir ki, komanda La Liqanın 34-cü turunda "Levante"ni darmadağın edərək (5:1) Avropanın əsas klub turnirinin ümumi mərhələsinə vəsiqəni təmin edib.

Marselino Toralın komandası 68 xalla turnir cədvəlində 3-cü yeri tutur və 5-ci pillədəki "Real Betis"i 18 xal qabaqlayır. Beləliklə, Kasteyon əyalətinin təmsilçisi gələn mövsüm üçün Çempionlar Liqasında yerini təmin edib.

Qeyd edək ki, cari mövsümdə "Vilyarreal" Çempionlar Liqasının ümumi mərhələsində çıxış etsə də, 8 oyuna cəmi 1 xal toplayaraq turniri 35-ci pillədə başa vurub və pley-offa yüksələ bilməyib.(oxu)

Seçilən
11
50
olke.az

10Mənbələr