ABŞ-də piklbol üzrə idman komandasının üzvləri turnirə gedərkən təyyarə qəzası nəticəsində həlak olublar.
KONKRET.az xəbər verir ki, bu barədə “Amarillo Pickleball Club” idman klubu məlumat yayıb.
İdmançılar Texas ştatının Amarillo şəhərindən Nyu-Braunfelsdə yerləşən “Cranky Pickle” klubuna yollanırmışlar. Göyərtədə olan beş nəfərin – komandanın dörd üzvü və pilotun – hamısı həyatını itirib.
İlkin məlumata görə, təyyarədə havada olarkən texniki nasazlıq yaranıb. Aviadispetçer qəzadan əvvəl hava gəmisinin qeyri-adi manevrlər etdiyini, daha sonra isə radarlardan itdiyini bildirib. “Metro” nəşrinin məlumatına görə, baş vermiş faciə ilə əlaqədar turnir ləğv edilib.
Qeyd edək ki, piklbol tennis, badminton və stolüstü tennis elementlərini özündə birləşdirən idman növüdür və adətən daha kiçik meydançada oynanılır./unikal.az