AZ

İsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveç ilk dəfə Rusiya ərazisindəki hərbi hədəfləri kəşfiyyat məqsədilə izləmək üçün öz peykini kosmosa buraxıb.Bizim.Media xəbər verir ki, bu barədə İsveçin SVT ictimai yayımçısı məlumat yayıb.

 

Məlumata görə, buraxılış bazar günü Kaliforniya ştatındakı Vandenberq aviabazasından "SpaceX" şirkəti tərəfindən həyata keçirilib. Proses təxminən 10 dəqiqə davam edib. Peykin müəyyən olunmuş orbitə təxminən bir aydan sonra çatacağı gözlənilir.

İsveç Kosmik Qüvvələrinin rəisi Anders Sundeman bildirib ki, hazırda ölkə ordusu peyk görüntülərini müttəfiqlərdən və ya kommersiya peyklərindən əldə edir.O, yaxın iki il ərzində İsveçin orbitdə 10-a yaxın şəxsi hərbi peykinin olacağını vurğulayıb.SVT-nin məlumatına görə, İsveç peykləri Rusiya ərazisindəki potensial hərbi hədəflərin xəritələnməsi, eləcə də qoşunların hərəkəti ilə bağlı təhdidlərin erkən aşkar edilməsi üçün istifadə olunacaq.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
50
bizim.media

10Mənbələr