AZ

15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı öldürdü

Zaqatalada 15 yaşlı yeniyetmə əmisinə hücum edən canavarı öldürüb.

"Unikal" xəbər verir ki,  hadisə ötən gün Zaqatala rayonunun  Axaxdərə kəndində baş verib.

Belə ki,kənd sakini 47 yaşlı Aydın Qurbanov həyətdə iş gördüyü an  canavar hücumuna məruz qalıb. Həmin vaxt  səsi eşidən onun qardaşı oğlu - 15 yaşlı Emin Qurbanov əlindəki bıçaqla canavarı öldürüb.

Hadisə zamanı  47 yaşlı Aydın Qurbanov xəsarət alaraq Zaqatala rayon Xəstəxanasına çatdırılıb.

Seymur Əli

Seçilən
7
50
unikal.az

10Mənbələr