
ABŞ Prezidenti Donald Trampın İranla münaqişənin həlli perspektivləri ilə bağlı açıqlamalarından sonra Hörmüz boğazında gəmilərin hərəkəti demək olar ki, dayanıb.
Yeniavaz.comxəbər verir ki, bu barədə “Bloomberg” agentliyi dəniz nəqliyyatının izləmə məlumatlarına istinadən məlumat yayıb.
Mayın 3-də ABŞ prezidenti bildirib ki, Tehran kifayət qədər yüksək şəkildə cəzalandırılmadığı üçün ABŞ-nin qarşı tərəfin sülhlə bağlı təklifini qəbul etməsi ehtimalı azdır.
Nəşr yazır ki, şənbə günü hər iki istiqamətdə dəniz dəhlizindən doqquz gəmi istifadə etsə də, bazar günü yalnız iki İran ticarət gəmisinin keçidinieydə alınıb:
“Son həftələrdə bir çox gəmi boğazdan transponderləri söndürülmüş şəkildə keçir. Xüsusilə, ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz blokadası fonunda bəzi İran ticarət gəmiləri Cənub-Şərqi Asiya sularına çatdıqdan sonra transponderlərini işə sala bilərlər.