Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
BƏƏ-nin neft nəhəngi ADNOC 2028-ci ilə qədər yeni layihələrə 55 milyard dollar sərmayə qoyacağını vəd edib.
Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Əbu-Dabinin Milli Neft Şirkəti, BƏƏ-nin rəsmi olaraq OPEC-dən çıxmasından bir neçə gün sonra, növbəti iki il ərzində on milyardlarla dollar xərcləməyi öhdəsinə götürdüyünü açıqlayıb:
“Bu gün ADNOC şirkəti 2026–2028-ci illər dövrü üçün ümumi dəyəri 200 milyard BƏƏ dirhəmi (55 milyard ABŞ dolları) olan layihələr üzrə yeni müqavilələr bağlayaraq, böyüməsini sürətləndirdiyini və strategiyasının icrasını gücləndirdiyini təsdiqlədi”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.