Misli Premyer Liqasında 30-cu turun oyunları davam edir.
QOL.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
Ötən tur çempionluğunu rəsmiləşdirən "Sabah" səfərdə "Şamaxı" ilə qarşılaşır. Bu komandaların ilk dövrədəki oyununda "Sabah" 2:1 hesabı ilə qalib gəlib, ikinci dövrədəki görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.
Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edəcək. Qələbə "Neftçi" ilə 4-cü yer uğrunda mübarizə aparan "Zirə"yə də, Premyer Liqada qalmağa çalışan "Qəbələ"yə də vacibdir.
Komandaların ilk dövrədəki oyununda "Zirə" (1:0), ikinci dövərəki görüşdə isə "Şamaxı" (2:1) qalib gəlib.
3 may (bazar)
16:00. “Şamaxı” - “Sabah” - 0:1 (Fasilə)
Qol: Stiv Solvet, 37
Şamaxı şəhər stadionu
18:30. “Zirə” - “Qəbələ”
Zirə İdman Kompleksi
2 may (şənbə)
“Araz-Naxçıvan” - “İmişli” - 0:1
“Kəpəz” - “Sumqayıt” - 2:1
4 may (bazar ertəsi)
19:30. “Qarabağ” - “Turan Tovuz”
5 may (çərşənbə axşamı)
16:00. “Karvan-Yevlax” - “Neftçi”

Bombardirlər:
Coy Lens Mikels (“Sabah”) - 18 qol
Bassalu Sambu ("Neftçi") - 11 qol
Velko Şimiç (“Sabah”) - 11 qol
Joarlem Santos ("Turan Toviz") - 10 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Karim Rossi ("Şamaxı") - 9 qol