AZ

Keçini qurban kəsmək istəyən 21 nəfər TUTULDU

Polis Yerusəlimdəki Məbəd Dağına qurbanlıq keçi gətirməyə cəhd etməkdə şübhəli bilinən 21 nəfəri həbs edib.

“Cebheinfo.az” xəbər verir ki, bunu "Times of Israel" qəzeti yazıb.

"Cümə günü girişlərdən birinə gələn bir qrup iğtişaşçı dağa keçi gətirmək niyyəti ilə darvazaları sındırmağa və bununla da ictimai asayişi pozmağa cəhd edib", - deyə polisin açıqlamasında qeyd olunur.

Məhkəməsinə gətirilib və polis onların həbs müddətinin uzadılmasını istəyib, lakin hakim onları azad edib.

“Polis bu gün qərardan apellyasiya şikayəti verib, lakin şübhəlilərin azadlığa buraxılması qərarı qüvvədə saxlanılıb”, - polisin açıqlamasında deyilir.

Seçilən
1
50
cebheinfo.az

10Mənbələr