AZ

“Qalatasaray”dan gözlənilməz gediş

“Qalatasaray” yay “transfer pəncərəsi”ndə heyətini Sebastian Şimanski ilə gücləndirməyi planlaşdırır.

Offsideplus.az Türkiyə mediasına istinadən xəbər verir ki, “sarı-qırmızılılar” hazırda Fransanın “Renn” klubunda çıxış edən polşalı futbolçu ilə yaxından maraqlanır.

Karyerası ərzində “Legiya”, “Dinamo” (Moskva), “Feyenoord” və Türkiyənin digər nəhəngi “Fənərbağça”da top qovan 26 yaşlı futbolçu bu ilin qışında Fransa təmsilçisinə keçmişdi.

“Renn”lə 2029-cu ilə qədər müqaviləsi olan yarımmüdafiəçini heyətinə qatmaq istəyən “Qalatasaray” rəsmiləri artıq hərəkətə keçib.

Klubun əsas məqsədi Şimanskini gələn mövsüm üçün icarəyə götürməkdir və bu istiqamətdə ilkin danışıqlara start verilib.

DOĞRU.AZ

Seçilən
13
23
dogru.az

10Mənbələr