AZ

Əhməd Ərdəm: Azərbaycanın müsəlmanların həmrəyliyinin gücləndirilməsi sahəsində atdığı addımlar nümunədir VİDEO

Naxçıvan, 3 may, AZƏRTAC

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsimin dəvəti ilə birlik və bərabərlik çağırışına qoşularaq Azərbaycana artıq ikinci dəfə səfər edirik. Bu səfər bizim üçün həm başlanğıc, həm də çox əhəmiyyətli bir görüşdür.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı əslən Qərbi Azərbaycandan olan, Qarsda yaşayan azərbaycanlıların din xadimi Seyyid Əhməd Ərdəm deyib.

O qeyd edib ki, bu səfərin məzmunu olduqca önəmlidir: “Azərbaycanın müsəlmanlar arasında həmrəyliyin gücləndirilməsi sahəsində atdığı addımlar nümunədir. Bu təşəbbüslər icmalar üçün böyük əhəmiyyət daşıyır və qardaşlığın möhkəmlənməsinə xidmət edir”.

Müxbir-Nail Əsgərov

 

Seçilən
1
50
azertag.az

10Mənbələr