AZ

Peskovdan xəbərdarlıq

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna müharibəsinin dünya iqtisadiyyatına təsiri mövzusunda diqqət çəkən açıqlamalar verib.

Publika.az xəbər verir ki, o, "Vesti"yə müsahibəsində bildirib ki, Hörmüz boğazı ətrafında cərəyan edən proseslərin yaratdığı kəskin enerji böhranı fonunda Kiyevin Rusiya infrastrukturuna etdiyi hücumlar qlobal neft qiymətlərinin daha da artmasına səbəb ola bilər.

Kreml sözçüsünün sözlərinə görə, Yaxın Şərqdəki hadisələr səbəbindən bazarda onsuz da lazım olduğundan daha az neft var.

"Əgər neftimizin əlavə miqdarı bazardan müəyyən mənada çəkilərsə, qiymətlər indikindən daha yüksək olacaq. İndiki qiymət isə 120 dollardan çoxdur",- o, xəbərdar edib.

Seçilən
0
29
publika.az

10Mənbələr