AZ

"Korea Eximbank": Biz "tam vaxtında" dövründən "hər ehtimala qarşı" dövrünə keçirik

"Korea Eximbank" növbəti üç il ərzində Kritik Əhəmiyyətli Mineral Xammal İstehsalının Tərəfdaşlıq Maliyyələşdirilməsi Mexanizmi (CMMFF) üçün Asiya İnkişaf Bankına (AİB) 500 milyon ABŞ dollarınadək vəsait ayıracaq.

"Report"un Səmərqənddə ezam olunan müxbiri xəbər verir ki, bu barədə Koreya İxrac-İdxal Bankının (Korea Eximbank) İdarə Heyətinin sədri və baş direktoru Kiveon Hvan AİB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində CMMFF-nin fəaliyyətə başlamasına həsr olunmuş seminarda bildirib.

"Dünyadakı son gərginliklər hamımız üçün həyəcan təbili olub və sübut edib ki, biz artıq yalnız səmərəliliyə bel bağlaya bilmərik. Biz "tam vaxtında" dövründən "hər ehtimala qarşı" dövrünə keçirik. Bu yeni reallıqda dayanıqlılıq bizim əsas valyutamıza çevrilir. AİB ilə bugünkü Anlaşma Memorandumu bu çağırışa bizim kollektiv cavabımızdır. Təchizat zəncirinin dayanıqlılığı fondlarımız vasitəsilə "Korea Eximbank" növbəti üç il ərzində 500 milyon ABŞ dollarınadək vəsait ayıracaq. Volfram və molibden kimi bu torpağın gizli xəzinələrini Koreyanın qabaqcıl texnologiyaları, eləcə də AİB-nin regional liderliyi və geniş şəbəkəsi ilə birləşdirərək, biz qırılmaz təchizat zəncirinin əsasını qoyuruq.

Bu tərəfdaşlıq sadəcə bir sənəd deyil, Asiya ticarəti üçün təhlükəsizlik şəbəkəsidir. Biz AİB-yə üzv ölkələrin sənaye potensialının inkişaf etdirilməsinə və gələcək üçün kritik əhəmiyyətli minerallara çıxışının təmin edilməsinə dəstək verməyə tam sadiqik", - K. Hvan qeyd edib.

Seçilən
0
50
far.az

10Mənbələr