Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Amerikalı üzgüçü Qrethen Uolş batterflay üsulu ilə 100 metr məsafəyə üzmədə dünya rekordunu yeniləyib.
Modern.az xəbər verir ki, Fort-Loderdeyldə (ABŞ-nin Florida ştatı) keçirilən yarışlarda Uolş final üzüşündə 54,33 saniyə nəticə göstərib.
Əvvəlki rekordu o, 2025-ci ilin mayında müəyyənləşdirib (54,60 saniyə).
Qeyd edək ki, Qrethen Uolşun 23 yaşı var, 2024-cü il Olimpiya Oyunlarında o, iki qızıl və iki gümüş medal qazanıb. Onun hesabında dünya çempionatlarında dörd qızıl, bir gümüş və bir bürünc medal var. 2024-cü ildə amerikalı qısa məsafədə dünya çempionatının yekunlarına görə yeddi qızıl mükafat qazanıb, həmin turnirdə o, doqquz dünya rekordu müəyyənləşdirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.