Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Əgər bu, yeni ticarət müharibəsinə çevrilərsə, Almaniya 2026-cı ildə tənəzzüllə üzləşəcək.
Axar.az xəbər verir ki, bunu Münhendə yerləşən İfo İqtisadi Tədqiqatlar İnstitutunun prezidenti Klemens Fuest deyib.
“ABŞ-ın yeni tarifləri təhlükəsi fonunda Almaniya iqtisadiyyatı üçün ciddi risklər gözlənilir. Planlaşdırılan tarif artımları Almaniya avtomobil sənayesinin çətinliklərlə üzləşdiyi bir vaxtda daha çox zərbə vuracaq”, - o bildirib.
Qeyd edək ki, Tramp cümə günü gələn həftədən etibarən AB-dən idxal edilən avtomobil və yük maşınlarına tarifləri 25%-ə qaldıracağını deyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.