AZ

“Bir nəfərdə ayaqqabısının altında gizlətdiyi telefon tapılıb” – DİM


Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.
Yeniavaz.com
Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, ilkin məlumatlara əsasən, imtahan binasının girişində yoxlama zamanı bir nəfərin ayaqqabısının altında gizlədilmliş mobil telefon aşkarlanıb:
“Qeyd olunan hal aktlaşdırılıb və araşdırma aparılacaq”.
Bildirilib ki, sabahdan etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq:
“Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
Seçilən
4
50
yeniavaz.com

10Mənbələr