AZ

"Bakı Marafonu”nın qalibi: Azərbaycanın bütün idmansevərlərinə minnətdaram

Daha əvvəl Bakıda yarış marafonunu qazanmış biri olaraq yenidən burada olmaq çox xoşdur.

Bizim.Media xəbər verir ki, bu sözləri "Bakı Marafonu 2026”nın qalibi olan türkiyəli Əhməd Alkanoğlu deyib.

O, əməyi olan hər kəsə təşəkkür edib. “Bu gün bir az çətin oldu. Çünki güclü külək şəraitində qaçırdıq. Marafonu təşkil etmək asan iş deyil. 
 

Fərqli kateqoriyalarda yarışlar var idi. Bu da marafonun ayrılmaz hissəsidir. Məşqçilər heyətinə, ailəmə və dəstək olan hər kəsə təşəkkür edirəm. Azərbaycanın bütün idmansevərlərinə minnətdaram. 


Türkiyədən gəlmişəm və bayrağımı dalğalandırdığıma görə xoşbəxtəm. İnanıram ki, gələcək marafonlarda da uğurlu nəticələr əldə edəcəyəm”, - deyə Əhməd Alkanoğlu qeyd edib. (Azərtac)

Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr