Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kru” MLS-də növbəti oyuna çıxıb.


Rekord.az xəbər verir ki, sözügedən komanda 11-ci turda öz meydanında “Minnesota” ilə qarşılaşıb və 2:3 heabı ilə uduzub. 


Meydan sahibləri hesabda 2:0 öndə olsalar da, qonaqlar 3 qol vuraraq əzmkar qələbə qazanıblar.


Nəriman Axundzadə matçın 81-ci dəqiqəsində -  bütün qollar artıq vurulduqdan sonra oyuna daxil olub.


“Kolumbus Kru” hazırda Şərq Konfransının turnir cədvəlində 12 xalla 9-cu yerdədir.