AZ

Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi

Gədəbəy rayonunun prokuroru Kamal Əhmədovun həyat yoldaşı Nərmin Əhmədova Səhiyyə Nazirliyində yüksək vəzifəyə təyin olunub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Nərmin Əhmədova Səhiyyə Nazirliyinin Hüquq Şöbəsində baş məsləhətçi kimi fəaliyyətə başlayıb.

N.Əhmədova bu təyinata kimi Əmək Müfəttişliyində çalışıb.

Qeyd edək ki, K.Əhmədov daha əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq vəzifələrində çalışıb.

Seçilən
0
21
publika.az

10Mənbələr