PARI Liqasının 32-ci turunun “SKA Xabarovsk” və “Ufa” komandaları arasında keçirilməsi planlaşdırılan oyun qonaq komandanın iştirak etməməsi səbəbindən təxirə salınıb.
Publika.az xəbər verir ki, PUA hücumları nəticəsində “Ufa” Xabarovska uça bilməyib.
“Ufa” bizə 3 may tarixində Xabarovskda keçirilməsi planlaşdırılan oyuna qatıla bilməyəcəkləri barədə məktub göndərib. Məktuba görə, komanda Ufanın hava məkanının bağlanması və PUA təhlükəsinə görə hava səyahətlərinin dayandırılması səbəbindən təyin olunmuş vaxtda Novosibirskə (və sonra Xabarovska) uça bilməyib.