Somali quldurları Yəmən sahilləri yaxınlığında BƏƏ bayrağı altında üzən "Eureka” tankerini ələ keçiriblər. Bu barədə HBN telekanalı məlumat yayıb. Gəmi Somali sahillərinə istiqamətləndirilib. Ekipajın taleyi və gəmidə daşınan neftin həcmi hələlik məlum deyil.