AZ

Ötən ay Ukrayna 116 kvadrat kilometr ərazini azad edib

Kiyev, 3 may, AZƏRTAC

Bu ilin aprel ayında Rusiya silahlı qüvvələri cəbhədə mənfi dinamika nümayiş etdirib. Belə ki, Rusiya ordusu nəzarəti altında olan bəzi əraziləri itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu hesabatında qeyd edib.

Hesabata görə, Rusiya ordusu bir ay ərzində 116 kvadrat kilometr əraziyə nəzarəti itiriblər. Bu, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində əməliyyata başladığı 2024-cü ilin avqustundan bəri ilk haldır.

Hesabatda qeyd olunur ki, Rusiya ordusunun irəliləmə tempi 2025-ci ilin noyabr ayından bəri davam edir. Ukrayna Silahlı Qüvvələri uğurlu quru əks-hücumları həyata keçirir. Dəqiq orta mənzilli zərbələr logistikanı pozur. Rusiya hücum etməyi planlaşdırdığı yerdə müdafiə olunmağa məcburdur.

Rusiyanın problemlərinin konkret səbəbləri var. Rusiya hərbi maşını daxili və xarici amillər səbəbindən zəifləməyə başlayıb. Rusiya ordusunun döyüş qabiliyyətinə əsas zərbələr 2026-cı ilin fevral ayında Ukraynanın anbarlara və qərargahlara olan sarsıdıcı hücumlarında göstərilir. Bu amillər Rusiya ordusunun onsuz da xroniki problemlərini daha da pisləşdirib. Hesabatda qeyd olunur ki, sabit rabitə olmadan hücumun əlaqələndirilməsi demək olar ki, mümkün deyil.

Təbiət də Ukrayna hərbçilərinin “tərəfində” olub. Bu qış əvvəlkindən daha sərt olub və Ukraynanın şərqində temperatur daha aşağı, yağıntı xeyli yüksək idi. Hazırda cəbhədə "yolsuzluq şəraiti" müşahidə olunur. Əriyən qar və yaz yağışları torpağı nəqliyyat vasitələri üçün tələyə çevirib. Bununla da rus mexanikləşdirilmiş bölmələri palçıqda sadəcə ilişib qalıb. İnstitut analitikləri qeyd edirlər ki, ruslar adətən torpaq quruyanda may ayında fəaliyyəti bərpa etməyə çalışırlar. Lakin, bu dəfə kifayət qədər resursa sahib olub-olmayacağı böyük sual doğurur.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev 
Seçilən
0
28
azertag.az

10Mənbələr