AZ

“Şamaxı” “Sabah”a çempionluq dəhlizi quracaq – Klubdan açıqlama 

Azərbaycan Premyer Liqasının 30-cu turunda “Şamaxı” doğma meydanda “Sabah”ı qəbul edəcək.

İdmanxeber.az-a verilən məlumata görə, bu matçda ev sahibi komanda “bayquşlar”a jest edəcək. Belə ki, “Şamaxı” tarixində ilk dəfə qızıl medallara yiyələnən “Sabah” komandasına çempionluq dəhlizi quracaq. 

Məlumatı saytımızı bölgə təmsilçisinin mətbuat xidməti Yusif Hüseynov da təsdiqləyib:

“Sabah”a qarşı çempionluq dəhlizi quracağıq. Bu, klubun daxili qərarıdır. Ötən mövsüm “Qarabağ”a qarşı da eyni addımı atmışdıq. İstənilən vaxt Şamaxıya kim çempion kimi gəlsə, bu addımı atacağıq”.

“Şamaxı” – “Sabah” görüşü bu gün saat 16:00-da start götürəcək.

Seçilən
28
15
idmanxeber.az

9Mənbələr