AZ

ABŞ bunker əleyhinə yeni nüvə silahı üzərində işləyir

ABŞ Energetika Nazirliyi növbəti maliyyə ilinin büdcəsinə bunker əleyhinə nüvə başlıqlı yeni, güclü bombanın hazırlanması üçün milyonlarla dollar ayrılmasını təklif edir.

Redaktor.az "The War Zone" portalına istinadən xəbər verir ki, söhbət yeraltı bunkerləri və digər möhkəmləndirilmiş obyektləri məhv etmək üçün nəzərdə tutulmuş "Nuclear Deterrent System - Air-delivered" (NDS-A) sistemindən gedir.

Portalın məlumatına görə, nazirlik bu layihə üzrə işlərin aparılması üçün təxminən 100 milyon dollar vəsait əldə etməyi planlaşdırır.

Məlumatda hazırlanacaq bombanın mümkün gücü açıqlanmır. Lakin qeyd olunur ki, ABŞ Silahlı Qüvvələrinin silahlanmasında olan yeganə nüvə aviabombası - "B61-11"in döyüş başlığının gücü 340-400 kiloton aralığındadır.

Seçilən
22
8
redaktor.az

10Mənbələr