AZ

Bryansk vilayətində gecə ərzində 143 PUA vuruldu

Rusiyanın Bryansk vilayətində gecə saatlarında 143 pilotsuz uçuş aparatı məhv edilib.

Bizim.Media xəbər verir ki, bunu vilayətin qubernatoru Aleksandr Boqomaz açıqlayıb.

Onun sözlərinə görə, PUA-lar hava hücumundan müdafiə qüvvələri, “BARS – Bryansk” mobil atəş qrupları və Rusiya Qvardiyasının xüsusi bölmələri tərəfindən vurulub.
 

Bundan əlavə, Tula vilayəti üzərində də iki pilotsuz uçuş aparatının məhv edildiyi bildirilib. Tula qubernatoru Dmitri Milyayevin sözlərinə görə, binalara və infrastruktura ziyan dəyməyib.


Rusiya Müdafiə Nazirliyi isə mayın 3-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə yüzlərlə dronla hücum etməyə cəhd göstərdiyini açıqlayıb. Nazirliyin məlumatına əsasən, ümumilikdə 300-dən çox Ukrayna PUA-sı məhv edilib.

Bizim.Media

Seçilən
0
14
bizim.media

10Mənbələr