Misli Premyer Liqasında 30-cu turun oyunları davam edir.
"Unikal" xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
Ötən tur çempionluğunu rəsmiləşdirən "Sabah" səfərdə "Şamaxı" ilə qarşılaşacaq. Bu komandaların ilk dövrədəki oyununda "Sabah" 2:1 hesabı ilə qalib gəlib, ikinci dövrədəki görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.
Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edəcək. Qələbə "Neftçi" ilə 4-cü yer uğrunda mübarizə aparan "Zirə"yə də, Premyer Liqada qalmağa çalışan "Qəbələ"yə də vacibdir.
Komandaların ilk dövrədəki oyununda "Zirə" (1:0), ikinci dövərəki görüşdə isə "Şamaxı" (2:1) qalib gəlib.