AZ

Çin qadağan etdi: ABŞ-ın sanksiyalarına əməl etməyin!

Çin hökuməti ABŞ-ın İran nefti ilə əlaqəli 5 Çin neft emalı zavoduna qarşı tətbiq edilən sanksiyalara əməl etməyi yerli şirkətlərə qadağan edib.

News365.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazıb.

Qeyd olunur ki, bu addım sanksiyaların təsirini yumşaltmağa yönəlmiş sərt tədbirdir.

Sanksiyalar nəticəsində neft emalı müəssisələri, o cümlədən keçən ay sanksiyaya məruz qalan “Hengli Petrochemical (Dalian) Refinery Co.” və bir neçə digər özəl emal şirkətləri aktivlərin dondurulması və əməliyyatlara qadağalarla üzləşiblər.

Çinin Ticarət Nazirliyi bəyanada bildirib ki, Çin hökuməti Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiqlənməmiş və beynəlxalq hüquqa əsaslanmayan birtərəfli sanksiyalara qəti şəkildə qarşı çıxır.

Seçilən
8
3
news365.az

3Mənbələr