AZ

Beynəlxalq telekanallarda nümayiş olunur - Bakı-Xankəndi yarışının tanıtım VİDEOsu

"Eurosport" və "Euronews" telekanallarında mayın 10-14-də keçiriləcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına həsr olunmuş təqdimat videoçarxının nümayişinə başlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

Videoçarxda yarış haqqında qısa məlumat, onun mərhələləri, yarış iştirakçılarının keçəcəyi ərazilər əksini tapır.

Dünya Turu komandası, 4 Pro-Tur komandası, 19 kontinental komanda və Azərbaycan yığması Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) yüksək səviyyəli, 2.1 kateqoriyalı bu yarışda iştirakını təsdiqləyib.

5 mərhələdən ibarət olan Bakı-Xankəndi Azəraycan Velosiped Yarışının mərhələləri:

I mərhələ, 10.05.2026

Yarış iştirakçıları "Sea Breeze Resort"da start götürərək Bakı şəhərinin görməli yerlərindən keçəcək və Sumqayıtda finişə çatacaqlar (158,4 km)

II mərhələ, 11.05.2026

Bakı – Şamaxı – İsmayıllı (193,3 km)

III mərhələ, 12.05.2026

Qəbələ – Oğuz – Şəki – Mingəçevir (162,9 km)

IV mərhələ, 13.05.2026

Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,8 km)

V mərhələ, 14.05.2026

Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181,5 km)

Seçilən
17
1
sportinfo.az

7Mənbələr