AZ

3 may səhərinin əsas xəbərləri

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Dünyada baş verən əsas hadisələr açıqlanıb. Bizim.Media xəbər verir ki, 3 may səhərinə olan məlumatlara əsasən, gündəmin əsas mövzuları İran-ABŞ gərginliyi, Türkiyənin Rusiya ilə ticarətində azalma, Torontoda yəhudi icmasına hücum və ABŞ-ın yeni nüvə silahı layihəsidir.

 

İranın Pakistan vasitəsilə ABŞ-a təqdim etdiyi hərbi əməliyyatların tam dayandırılması ilə bağlı təklif 14 bənddən ibarətdir. Məlumata görə, sənəddə Tehranın tələbləri ilə yanaşı, razılaşmaya nail olmaq üçün “aydın yol xəritəsi” də yer alıb.

ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, Vaşinqtonun İranın cavabını qəbul etməsi çətin görünür. O, Tehranın “kifayət qədər yüksək bədəl ödəmədiyini” deyib, hərbi əməliyyatların yenidən başlaya biləcəyini istisna etməyib. Tramp həmçinin gələcəkdə Amerika neft şirkətlərinin İranda fəaliyyət göstərə biləcəyini bildirib.Kanadanın Toronto şəhərində polis yəhudi icmasının üç üzvünə silaha bənzər əşyadan atəş açmaqda şübhəli bilinən şəxsi axtarır. Hadisə nifrət zəminində törədilmiş cinayət kimi araşdırılır. Polis zərərçəkənlərin yüngül xəsarət aldığını açıqlayıb.İraqın baş nazir postuna namizəd Əl-Zaidi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.Ərdoğan və Al Tani onu namizədliyi münasibətilə təbrik edərək yaxın zamanda Türkiyə və Qətərə səfərə dəvət ediblər.Kuba Prezidenti ABŞ-dan gələn hərbi təhlükənin “təhlükəli və misli görünməmiş səviyyəyə” çatdığını bəyan edib. O, beynəlxalq ictimaiyyəti buna diqqət yetirməyə çağırıb və Kubanın heç bir təzyiq qarşısında təslim olmayacağını bildirib.

 

BƏƏ bayrağı altında üzən “M/T EUREKA” neft tankeri somali piratları tərəfindən ələ keçirilib. Hazırda gəminin Somaliyə doğru aparıldığı bildirilir. Ekipajın və yükün vəziyyəti barədə məlumat yoxdur.

Türkiyə Rusiyadan idxalı kəskin azaldıb. Türkiyənin ticarət naziri Ömər Bolatın sözlərinə görə, yanvar-aprel aylarında Rusiyadan idxal 3,5 milyard dollar və ya 22,8 faiz azalıb. Bu, Türkiyə statistikasında ən böyük azalma kimi qeydə alınıb. Eyni dövrdə Çindən idxalda isə 1,8 milyard dollarlıq artım olub.ABŞ yeni bunker əleyhinə nüvə silahı üzərində işləyir. Məlumata görə, “Nuclear Deterrent System-Air-delivered” adlı sistem dərin yeraltı hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. ABŞ Energetika Nazirliyi layihə üçün gələn ilin büdcəsində təxminən 100 milyon dollar vəsait istəyib. Layihənin hansı mərhələdə olduğu hələlik məlum deyil.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
bizim.media

1Mənbələr