AZ

Bu liqada "Araz-Naxçıvan”dan zəifi yoxdur

Əvəzedicilər Liqasında 24-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

“Araz-Naxçıvan-2” – “Qəbələ-2” görüşündə qonaqlar qələbə qazanıblar.

Görüşdə hesabı "Qəbələ"nin futbolçusu Rəvan Əsədov açıb. Paulo Quimbila isə dubla imza atıb. Meydan sahiblərindən isə Nuran Muradlı fərqlənib.

Bu qələbədən sonra xallarının sayını 49-a çatdıran "Qəbələ" turnir cədvəlində ikinci pilləyə yüksəlib. "Araz-Naxçıvan -2" isə 15 xalla sonuncu - onuncu sırada yer alıb.

Daha öncə keçirilən “Şamaxı-2” – “Turan Tovuz-2” (1:3) oyununda qonaqlar, “Sumqayıt-2” – “Neftçi-2” (2:1), “Qarabağ-2” – “Zirə-2” (5:1) və “Sabah-2” – “Kəpəz-2” (3:1) görüşlərində meydan sahibləri qalib gəliblər.

“Araz-Naxçıvan-2” – “Qəbələ-2” 1:3
Qollar: Nuran Muradlı, 8 – Rəvan Əsədov, 3. Paulo Kimbila, 61; 64.

Seçilən
26
sportinfo.az

1Mənbələr