Sportinfo.az xəbər verir ki, "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 30-cu turunun "Araz-Naxçıvan"la matçından (1:0) sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.
- Oyunçularımı və bütün komandamı təbrik etmək istəyirəm. Bu günki qalibiyyətlə Premyer Liqada qalmağımızı 99 faiz təmin etmişik. Bir komanda üçün 1-ci Liqadan gəlib bu qədər xal yığmaq asan deyil. Azarkeşlərimizə də minnətdarlığımızı bildiririk. Qalibiyyətimiz ədalətli idi.
- Premyer Liqada qalmağınızı möcüzə olmazsa, təmin etmisiniz. Bundan sonrakı matçlarda futbolçularınızı oyuna kökləməkdə çətinlik çəkəcəyinizi düşünürsünüzmü?
- Oyunçularımızı motivasiya etmək daha asan olacaq. Sabah "Qəbələ"nin keçirəcəyi oyunun nəticəsindən asılı olaraq Premyer Liqada qalmağımızı tam təmin etdikdən sonra gözəl futbol oynamağa, futboldan həzz almağa çıxacaqlar.
- Matçda zədələnən Dioqo Rollonun son vəziyyəti...
- Hazırda nəsə demək düzgün olmaz. Müəyyən müayinələrdən sonra zədəsinin hansı səviyyədə olduğunu biləcəyik.