AZ

"Anamı harada itirdiyimi bilmirəm" - Yasamaldakı dəhşətli yanğında ölən Könül Vəlibəylinin qızının sarsıdıcı ETİRAFI - VİDEO

2025-ci ilin noyabr ayında paytaxtın Yasamal rayonunda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin anası Mayquba Hümbətova Baku TV-nin "Arzunun vaxtı" verilişində qızı barədə xatirələrini bölüşüb.
 
Mərhumun anası bildirib ki, Könül Vəlibəyli çox mehriban, xeyirxah insan idi: "Mərd qız idi. Hər sirrini mənimlə bölüşürdü. Kirayə pulunu, əməkdaşların maaşını verməkdə çətinlik çəkəndə, parçaları almağa pulu olmayanda bəzən məndən kömək istəyirdi. Nə gəliri var idisə, hamısını milli geyimlərin hazırlanmasına xərcləyirdi".
 
M.Hümbətova qızının həlak olduğu yanğın barədə də danışıb: "Həmin gün mən də öldüm. Nəvəm Ləman dedi ki, qışqırıq səsləri eşidib pəncərədən baxıblar. Daha sonra qapının altından içəri qoxu gəlib. Çantalarını götürüb, ağızlarına da dəsmal tutub evdən çıxıblar. Harada yıxıldıqları yadında deyil. Ləman deyir ki, anamı harada itirdiyimi bilmirəm, kaş mən də ölərdim".

 

Seçilən
1
3
moderator.az

5Mənbələr