AZ

“Mançester Yunayted” İngiltərə çempionu olmaq şansını itirib

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Mançester Yunayted” Premyer Liqada qalib gəlmək şansını itirib.

İdman.Biz bildirir ki, “Arsenal” “Fulhem”i 3:0 hesabı ilə məğlub edərək “Mançester Yunayted” üçün əlçatmaz olub.

Londonlular 35 oyundan 76 xal toplayıblar, “Mançester Yunayted” isə 34 oyundan sonra 61 xal toplayıb. Qalan 4 oyunda qalib gəlsə belə, “Mançester Yunayted” “Arsenal”a çata bilməz. İkinci yerdəki “Mançester Siti”nin 33 oyundan 70 xalı var.

“Yunayted” Premyer Liqanı axırıncı dəfə 2013-cü ildə, Aleks Ferqyusonun baş məşqçi olduğu sonuncu ildə qazanıb. Klub ümumilikdə 20 dəfə İngiltərə şeçpionu olub. Bu göstəriciyə görə “Mançester Yunayted” İngiltərədə birincidir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
32
icma.az

10Mənbələr