ABŞ Prezidenti Donald Tramp İranın raket silahları sahəsində qorunub saxlanılan potensialını ləğv etmək niyyətini açıqlayıb.
Amerika lideri bunu Florida ştatının Vest Palm-Biç şəhərində jurnalistlərlə söhbətində deyib.
"Bəli, mən bunu məhv etmək istərdim", - deyə o, İranın raket texnologiyaları sahəsində hələ də mövcud olan istehsal gücləri haqqında suala cavabında bildirib.
Amerika administrasiyasının məlumatına görə, Birləşmiş Ştatlar və İsrail tərəfindən endirilən zərbələrdən sonra Tehranda bu cür potensialının 15 %-dən çoxu qalmayıb.
Jurnalistlər Trampa Vaşinqtonun İslam Respublikasına yenidən zərbə endirib-endirməyəcəyi barədə də sual veriblər.
"Baxarıq. Bu, mümkündür, belə bir şey, şübhəsiz ki, baş verə bilər", - Ağ Evin rəhbəri bildirib.
APA